Bakıda kampaniya keçirilib

bakida-kampaniya-kecirilib-
Oxunma sayı: 647

“Qafqazinfo”nun məlumatına görə, Bakı rayonlarında Səbail, Yasamal seçim turları artıq yekunlaşıb. Növbəti tur Nəsimi və Nərimanov rayonlarında keçirilib. Nəsimi rayonunda Kampaniyanın açılış mərasimi 152 saylı məktəbdə baş tutub. Tədbirin açılış mərasimində Milli Şuranın Baş katibi Orxan Ərəbov çıxış edərək bildirib ki, bu Kampaniyanın keçirilməsi ölkə gəncləri arasında vətənpərvərlik ruhunun daha da möhkəmlənməsinə xidmət edəcək.

Nəsimi və Nərimanov rayonlarının hər birindən 300 gənc “Vətəni tanı” Ümumrespublika Kampaniyasında iştirak edib. Bunlardan bir qismi keçməcələrdən ( puzzle) ibarət olan Azərbaycan xəritəsini, digərləri isə kampaniyanın rəsmi saytı olan miras.az saytında olan elektron formadakı xəritəni toplayıb.

Qeyd edək ki, Kampaniyaya rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Torpaq Xəritəçəkmə Komitəsi dəstək verir. Həmçinin “AVA” Skandinaviya klinikası, FİXED Borders kampaniyaya dəstək verir.

Fatimə Kərimli