Bakıda keçiriləcək sessiyaya hazırlıq müzakirə olundu

bakida-kecirilecek-sessiyaya-hazirliq-muzakire-olundu
Oxunma sayı: 789

UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasının 2019-cu ilin 30 iyun - 10 iyul tarixlərində Bakı şəhərində keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bununla əlaqədar Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə Təşkilat komitəsi yaradılıb. Təşkilat komitəsinin sədri Azərbaycan Respublikasının Mədəniyyət naziridir. Komitəyə nazirliklərin, dövlət komitələrinin, digər aidiyyəti qurumların rəhbər və məsul şəxsləri daxildir.

Mayın 20-də Beynəlxalq Muğam Mərkəzində mədəniyyət naziri, Təşkilat komitəsinin sədri Əbülfəs Qarayevin iştirakı ilə sessiyaya hazırlıqla əlaqədar növbəti iclas keçirildi. Toplantıda aidiyyəti nazirliklərin, dövlət komitələrinin, digər qurumların rəhbər və məsul şəxsləri iştirak edib.

Əbülfəs Qarayev çıxış edərək Dünya İrs Komitəsinin 43-cü sessiyasına hazırlıqla əlaqədar görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məlumat verib.

Sonra iclas qarşıda duran vəzifələrin müzakirəsi ilə davam edib.