“Bakı”da keçmiş“Qalatasaray”lı futbolçu

bakida-kecmisqalatasarayli-futbolcu
Oxunma sayı: 667

“Qafqazinfo” Apasport.az saytına istinadən xəbər verir ki, 2008-09-cü il mövsümündə “Cim Bom”da oynamış 27 yaşlı yarımmüdafiəçini baxışdan keçirir.

O, milliyətcə türk olsa da, Amsterdamda anadan olub və Hollandiya vətəndaşlığını da daşıyır. Yetirməsi olduğu “Ayaks”ın Akademiyasında 10 il olan Ferdinin peşəkar futbolda ilk klubu Hollandiyada “Valviyk” olub.
O, 2005-ci ildə bu komandanın heyətində 29 oyunda 11 qol vurub.

Bundan sonra futbolçu karyerası Türkiyəyə bağlı olan Elmas “Çaykur Rizəspor” (53 oyun, 14 qol), “”Adanaspor” (icarədə, 10 oyun, 1 qol), “Qalatasaray” (7 oyun, 1 qol), “Karabükspor” (24 oyun, 2 qol), “Karşıyaka” (3 oyun) klubunda oynayıb.

“Karabükspor”la 2009/10 mövsümündə Türkiyənin I liqasının çempionu olaraq Superliqaya yüksələn futbolçu 2 ölkənin yığmasında forma geyib. Belə ki, Ferdi Hollandiyada 17 (3 oyun, 2 qol), Türkiyədə 21 yaşlılardan ibarət yığmada (3 oyun) çıxış edib.