Bakıda “Kibercinayətkarlıqla mübarizə” mövzusunda konfrans keçirilir

bakida-kibercinayetkarliqla-mubarize-movzusunda-konfrans-kecirilir
Oxunma sayı: 646

“Qafqazinfo”nun məlumatına görə, iki gün davam edəcək tədbirdə müvafiq dövlət orqanlarının və internet-provayderlərin, beynəlxalq təşkilatların və diplomatik korpusun nümayəndələri, beynəlxalq ekspertlər iştirak edirlər.

Konfransda çıxış edən ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay deyib ki, Kibercinayətkarlıqla mübarizə müasir dünyada daha çox əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, internet həyatımızın bir hissəsinə çevrilib və informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə əlaqədar bu məkanın da kibercinayətkarlıqdan qorunması vacibdir.
“ATƏT, Avrora İttifaqı, BMT, NATO və digər beynəlxalq təşkilatlar kibercinayətkarlıqla mübarizəni öz işlərinin prioritetlərindən birinə çeviriblər. Kibercinayətkarlıqdan heç bir ölkə, o cümlədən Azərbaycan qorunmayıb. Buna görə ATƏT və Azərbaycan hökumətinin bu istiqamətdə səyləri artırılmalıdır. Bu istiqamətdə müxtəlif layihə və proqramlar genişləndiriləcək”.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən tədbirə nazirliyin Hüquq və kadrlar şöbəsinin müdiri Bəxtiyar Məmmədov qatılıb.

Qeyd edək ki, konfransda kibercinayətkarlıq hallarının məhkəmə təqibi zamanı istifadə olunan hüquqi əsaslar, bu məsələyə dair beynəlxalq konvensiyalar, standartlar, cinayət və prosessual qanunvericilik sahəsində ən yaxşı təcrübələr müzakirə olunacaq.

Nigar Məmmədli