Bakıda kişi arvadı ilə qayınanasını girov saxladı

bakida-kisi-arvadi-ile-qayinanasini-girov-saxladi
Oxunma sayı: 3400

Bakıda Türkiyə vətəndaşı tərəfindən hədələnərək girov saxlanılan 2 qadın xilas edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Səbail rayonu, A.Abbaszadə küçəsində yerləşən binada baş verib. Belə ki, 1971-ci il təvəllüdlü Arzu Rəsulova (ad-soyadlar şərti) polisə zəng edərək Türkiyə vətəndaşı olan kürəkəni, 1983-cü il təvəllüdlü M.Akbulut tərəfindən evdə bıçaqla hədələnməsi barədə məlumat verib.

Xəbəri rus dilində oxuyun: Знаменитые здания Баку в необычном амплуа - Фото

Отношение Гейдара Алиева к свадьбе, фотографии, раненому солдату и флагу - Видео

Dərhal ərazi üzrə polis bölməsinin əməkdaşları həmin ünvana gediblər. Məlum olub ki, evdə bir neçə nəfər şəxs olsa da, qapı bağlıdır və polisin çağırışlarına baxmayaraq qapını açan olmayıb.

Bunu görən polis əməkdaşları Fövqəladə Hallar Nazirliyinin xilasetmə xidmətinə müraciət ediblər və həmin binaya gələn xüsusi qrup mənzilin qapısını açıb. Bu zaman M.Akbulut bıçaqla özünə xəsarət yetirməyə cəhd göstərsə də, onun cəhdinin qarşısı alınıb. Həmin şəxsin bıçaqla hədələyib evdə girov saxladığı həyat yoldaşı, 1993-cü il təvəllüdlü Aysel Rəsulova və anası Arzu xilas edilib.

Faktla bağlı araşdırma aparılır.

Nizam Rza