Bakıda kişi arvadını “kabellə” öldürdü

bakida-kisi-arvadini-kabelle-oldurdu
Oxunma sayı: 3593


“Qafqazinfo” xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, qətl hadisəsi paytaxt Bakıda qeydə alınıb. 

Dünən Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən “Məşəl” düşərgəsində Tərtər rayon sakini Emin Heydərov münaqişə zəminində keçmiş arvadını öldürüb. Kişi Zəngilan rayon sakini olan Şəhanə Nağıyevanı elektrik naqili ilə boğaraq qətlə yetirib.

E.Heydərov könüllü olaraq Nizami RPİ-yə gələrək təslim olub.