Bakıda kişi qumbara ilə özünü partlatmaq istəyib

bakida-kisi-qumbara-ile-ozunu-partlatmaq-isteyib
Oxunma sayı: 1013


ANS-in hadisə yerində olan müqxbirinin verdiyi məlumata görə, hadisə gecə saatlarında Nizami rayonu 8-ci kilometr qəsəbəsi Naxçıvanski küçəsi 104 ünvanında baş verib. Hadisə zamanı həmin binada yaşayan 1961-ci il təvəllüdlü Babayev Saleh Qüdrət oğlu binanın damına çıxaraq əlində olan 2 ədəd istifadəyə yararlı qumbara ilə özünü partlacağını deyib. Bu da ətrafda yaşayan sakinlərdə, o cümlədən onun ailə üzvləri arasında çaşqıqlıq və ajiotaja səbəb olub. Bu səbəbdən də hadisə yerinə hüquq-mühafizə orqanları o cümləfən Nizami rayon polis iarəsi 24-cü poplis bölməsinin əməkdaşları cəlb edilib. Həmçinin FHN-nin xilasediciləri də hadisə yerinə yollanıb. 

Görülən tədbirlər nəticəsində Babayev Saleh qumbaranı partlatmağa macal tapmadan zərərsizləşdirilib və saxlanılaraq 24-cü polis bölməsinə aparılıb. Qeyd edək ki, Babayev Saleh qürbət oğli II qrup əlildir və o, epilepsiya xəstəlkiyindəın əziyyət çəkir. Hadisənin isə onun ailəsində yaranan mübahisə səbəbindən baş verdiyi bildirilir. Hazırda faktla bağlı araşdırmalar davam edir ./anspress/