Bakıda klassik musiqi gecəsi keçirildi

Bakıda klassik musiqi gecəsi keçirildi
Oxunma sayı: 41

Heydər Əliyevin anadan olmasının 94 illiyi  ilə əlaqədar Səbail rayonunda anım tədbiri keçirilib.

İH-nin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, tədbir Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun, rayonun idarə və təşkilat, ali və orta təhsil müəssisələrinin, veteran və gənclər təşkilatının, din xadimlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin, Milli Məclis üzvlərinin, elm və mədəniyyət xadimlərinin, həmçinin Səbail rayonu ilə qardaşlaşmış Amerika Birləşmiş Ştatları Nyu York şəhərinin Bruklin inzibati rayonunun nümayəndələrinin, KİV nümayəndələrinin və çoxsaylı qonaqların iştirakı ilə M.Maqomayev adına Dövlət Filarmoniyasında baş tutb. 

Rayon İcra Hakimiyyətinin Dövlət Filarmoniyası ilə birgə təşkil etdikləri bu gecədə qeyd olunub ki, ulu öndərin Azərbaycanda hakimiyyətə gəldiyi ilk illərdə onun təşəbbüsü ilə mədəniyətin bir çox sahələri inkişaf edib. Tədbirdə ötən əsrin 70-ci illərinindəki klassik musiqi gecələrini xatirələrdə əks etdirən və Heydər Əliyevin ən çox sevdiyi klassik əsərlərin yer aldığı proqram təşkil olunub.  

Xalq artisti Rauf Abdullayevin bədii rəhbəri və baş dirijoru olduğu Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında  maestro Niyazinin «Rast» simfonik muğamı  səslənib. 

Sonra Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayəti ilə dünya şöhrətli Azərbaycan bəstəkarları Fikrət Əmirov, Tofiq Quliyev, Müslüm Maqomayev, Niyazi, Soltan Hacıbəyov, Asəf Zeynallının ölməz əsərləri respublikanın xalq artisti Azər Zeynalov, əməkdar artistlər Zemfira İsmayılova və İlham Nəzərovun ifalarında səsləndirilib.





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi