Bakıda klinikadan oğurluq

bakida-klinikadan-ogurluq
Oxunma sayı: 656

Bakıda klinikadan oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə martın 26-da Yasamal rayonunda baş verib. Stomatoloji klinikalardan birindən keramik soba oğurlanıb. Hadisəni törətməkdə  şübhəli bilinən Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş Fuad Balakişiyev Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən tutulub.
 
Murad Əhməd