Bakıda köməksiz qalan 1 nəfər xilas edilib

bakida-komeksiz-qalan-1-nefer-xilas-edilib
Oxunma sayı: 801

Paytaxtın Yasamal rayonunda köməksiz qalan 1 nəfər xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) “Qafqazinfo”ya verilən xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısının açılmasını təmin edib.

Əməliyyat başa çatıb.