Bakıda komendantın ofisindən 20 min oğurlandı

bakida-komendantin-ofisinden-20-min-ogurlandi
Oxunma sayı: 2009

Bakıda komendantın ofisindən 20 min manat oğurlayıblar.

“Qafqazinfo” xəbər verir ki, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, bina 17-də komendant olan Şahlar Qurbanov ofisində oğurluq hadisəsi baş verdiyi üçün polisə müraciət edib. O bildirib ki, işlədiyi binadakı otağından 20 min manat oğurlanıb.

Hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.