Bakıda kommersiya obyektlərinin icarə haqqı bahalaşıb

bakida-kommersiya-obyektlerinin-icare-haqqi-bahalasib
Oxunma sayı: 655

Bakıda kommersiya obyektlərinin orta icarə haqqı1,66% - $7,83-dək artıb. 

“Qafqazinfo” İnterfax-Azərbaycan-a istinadən xəbər verir ki, bu barədə “MBA Group” konsaltinq şirkətindən məlumat verilib. «II rübdə paytaxtda icarəyə verilən qeyri-yaşayış obyektlərinin orta sahəsi 7,2% - 153,5 kvadratmetrədək artıb», - deyə məlumatda bildirilir.

İcarə məqsədi ilə bazara təklif olunan kommersiya obyektlərinin həcmində rayonlar arasında əsas paya 24,9%-ləNəsimi rayonu liderlik edir. Növbəti yerlərdə isə Yasamal və Xətai rayonları qərarlaşıb, müvafiq olaraq 17,7% və 14,3%. Ən az təklif Qaradağ və Xəzər rayonlarında qeydə alınıb. Ümumi təklif portfelinin 1,5%-i bu iki rayonun payına düşür.