Bakıda kriminal

bakida-kriminal
Oxunma sayı: 653

Dekabrın 16-sı saat 21:00 radələrində Azadlıq prospektində Sənan İsmayılzadə idarə etdiyi «VAZ-2106» markalı avtomaşınla Xudayar Mirzəyevi vurub. Piyada xəstəxanada ölüb.

Dekabrın 3-ü saat 22:30 radələrində Zirə qəsəbəsində yerləşən daş karxanasının istirahət otağında Tural Baxşıyevin cibində 150 manat və mobil telefonu oğurlanıb. Xəzər RPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Zaur Bəyimov dekabrın 17-də tutulub.

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikdəri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Babək Hüseynov tutulub.

Dekabrın 9-u saat 01:35 radələrində iki naməlum şəxs Atatürk prospektində yerləşən mağazaya daxil olub və orada işləyən Sərraf Həsənovu bıçaqla hədələyərək cibindən 75 manat pulunu götürüblər. Nərimanov RPİ 16-cı əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Nemət Mamedov və Vüsal Məcidov dekabrın 17-də tutulub.

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikdəri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Mirsayad Seyidov tutulub..