Bakıda kriminal dəstə ələ keçdi

bakida-kriminal-deste-ele-kecdi
Oxunma sayı: 3934


Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, martın 26-sı saat 20 radələrində Şamil adlı şəxs Ağcabədi rayon sakini Fuad Cəfərovu Ş.Məmmədova küçəsində yerləşən restoranın yanına çağırıb, icarəyə verəcəyi avtoyuyucunun yerini göstərmək adı ilə yanındakı 3 nəfər naməlum şəxslə onu «VAZ-2107» markalı avtomobillə Novxanı bağlar massivinə gətiriblər. Orada  Şamil əli ilə F.Cəfərovun başından vuraraq hədə-qorxu gəlib, 1300 manat, mobil telefon və gödəkçəsini götürüb gediblər. Hadisədə şübhəli bilinən Bakı şəhər sakinləri Hüseyn Hüseynov, Əli Əlizadə və Masallı rayon sakini Şamil Əliyev qısa müddətdə Binəqədi RPİ 4-cü PB-nin əməkdaşları tərəfindən yaxalanıb.