Bakıda “Lexus” adam öldürdü

bakida-lexus-adam-oldurdu
Oxunma sayı: 645

Aprelin 8-də B. Səfəroğlu küçəsində Bakı şəhər sakini Oqtay Əliyev Yana Antipovanı yerə yıxaraq içərisində 28 manat, 5 min rubl olan əl çantasını əlindən alıb qaçdığı üçün Bakı şəhər BPİ CAİ və Nəsimi RPİ PPXB əməkdaşarı tərəfindən yaxalanıb.

Aprelin 9-u saat 22:55 radələrində M.Hadi küçəsində Sumqayıt şəhər sakini Həmid Məmmədov idarə etdiyi «Lexus» markalı avtomobillə Bakı şəhər sakini Qismət Quliyevi vurub, sonuncu hadisə yerində ölüb.

Bakı şəhər BPİ İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları Zərgərpalan küçəsində yerləşən çay evində qanunsuz idman mərc oyunları təşkil edən Bakı şəhər sakini Anar Məcidovu saxlayaraq Səbail RPİ 9-cu PB-yə təhvil veriblər.

Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsilə axtarışda olan Rauf Quliyev aprelin 9-da yaxalanıb.