Bakıda “Live your goals” festivalı

bakida-live-your-goals-festivali
Oxunma sayı: 651

“Qafqazinfo”nun Qol.Az-a istinadən verdiyi məlumata görə, tədbir saat 18:00-da başlayacaq. Saat 17:30-da isə festivala həsr olunmuş mətbuat konfransı təşkil ediləcək.

Xatırladaq ki, bu, qadın futbolunun təbliğatı məqsədilə keçirilən 6-cı “Live your goals” festivalı olacaq. Buna qədər ilk dəfə mart ayında AFFA Futbol Mərkəzindəki «Dalğa Arena»da keçirilmiş festival daha sonra apreldə Zaqatala Olimpiya İdman Kompleksində, iyun ayında Quba Olimpiya İdman Kompleksində, iyulda Şəki şəhər stadionunda, avqustda isə Masallı Olimpiya İdman Kompleksində təşkil olunmuşdu.