Bakıda “lyuk”a düşən bolid təmir olundu

bakida-lyuka-dusen-bolid-temir-olundu
Oxunma sayı: 1316

“Uilyams” komandasının rəhbərinin müavini Kler Uilyams qeyd edib ki, “Formula 1 Azərbaycan Qran-prisi”ndə xəsarət almış hər iki şassi bərpa olunub və İspaniyadakı mərhələyə gətirilib.

"Qafqazinfo" Virtualaz.org- istinadən xəbər verir ki, bununla bağlı Kler Uilyams deyib:

Kler Uilyams

“”Bakıda istirahət günlərində baş vermiş hadisələrdən sonra hər iki şassi təmir olunub və İspaniyaya ehtiyat şassisi qismində gətirilib. Uşaqlar zavodda fenomenal iş görüblər və hər şeyi təmir edərək, əllərindən gələni ediblər ki, şassilər İspaniyaya çatdırılsın.

O ki qaldı Rasselin şassisinin bərpasına, biz kompensasiya alacağıq. Bütün işlər sığorta şirkəti vasitəsilə həyata keçiriləcək. Bunun nə qədər vaxt aparacağını bilmirəm, amma Bakıdakı yarışların promouterləri anlayırlar ki, bu, mümkün qədər tez olmalıdır. Biz indi təmirin neçəyə başa gəldiyini hesablayırıq, sonra bu kağızları sığorta şirkətinə təqdim edəcəyik”.