Bakıda mağaza vitrinindən qızıl oğurlayan şəxs tutuldu

bakida-magaza-vitrininden-qizil-ogurlayan-sexs-tutuldu
Oxunma sayı: 2623

Bakıda mağazanın vitrinindən qızıl əşyalar oğurlayan şəxs tutulub.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində sentyabrın 6-da rayon ərazisindəki mağazaların birinin vitrinindən 2500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş A.Aslanov saxlanılıb.