Bakıda mağazanın anbarında yanğın olub

bakida-magazanin-anbarinda-yangin-olub
Oxunma sayı: 1050

Bakı şəhərinin Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən mağazanın anbarında yanğın baş verib.
 
“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə,  4 m2 sahədə rəflər və rəflərə yığılmış ərzaq malları yanıb, yüksək temperaturdan lambirdən ibarət qapı əriyib.
 
Anbarın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.