Bakıda magistral su kəməri partladı

bakida-magistral-su-kemeri-partladi
Oxunma sayı: 2165

Abşeron, Binəqədi və Nəsimi rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Qafqazinfo” xəbər verir ki, “Azərsu”nun yaydığı məlumata görə, buna səbəb Bakı şəhəri Rəsulzadə qəsəbəsindən keçən magistral su kəmərində qəzanın baş verməsidir. Qəzanın aradan qaldırılması ilə əlaqədar 03 aprel 2018-ci il tarixində adıçəkilən rayonların bəzi ərazilərinə  içməli suyun verilməsində məhdudiyyətlər olacaq.