Bakıda marketdə seyfdən 2300 manat oğurlandı

bakida-marketde-seyfden-2300-manat-ogurlandi
Oxunma sayı: 2019

Bakıda marketdə seyfdən pul oğurlanıb.

DİN-dən "Qafqazinfo"ya verilən məlumata görə. Yasamal RPİ 29-cu Polis Şöbəsi və Rayon Mühafizə İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 25-nə keçən gecə H.Zərdabi küçəsindəki marketlərin birində seyfdən 2300 manatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Nikolay Ştonda saxlanılıb.