Bakıda marşrut avtobusu piyadanı vurdu, öldü

bakida-marsrut-avtobusu-piyadani-vurdu-oldu
Oxunma sayı: 2615

Bakıda marşrut avtobusu ölümlə nəticələnən qəza törədib.

“Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, Suraxanı rayonu Qum adası qəsəbəsində “Daewoo” markalı, 10 TC 464 dövlət nömrə nişanlı marşrut avtobusu yolu keçməyə çalışan qadını vurub. Ağır xəsarət alan 50-55 yaşlı qadın hadisə yerində ölüb.
 
Faktla bağlı Suraxanı rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.