Bakıda marşrut zəncirvari qəza törədib - Sürücü ölüb

bakida-marsrut-zencirvari-qeza-toredib
Oxunma sayı: 3361

Bakıda sərnişin avtobusu yol-nəqliyyat hadisəsi törədib.

"Qafqazinfo" DİN-ə istinadən xəbər verir ki, noyabrın 17-də saat 21 radələrində Nəsimi rayonunun Cavadxan küçəsində Bakı şəhər sakini Əbdürəhman Ərəbov idarə etdiyi “Daewoo” markalı 170 saylı xətt avtobusunu qarşıdakı işıqforda dayanmış 3 avtomobilə vurub.

Xəstəxanaya yerləşdirilən avtobusun sürücüsü noyabrın 18-də orada ölüb.

Nəsimi RPİ tərəfindən araşdırma aparılır.