Bakıda maşın azyaşlını vurub

Bakıda maşın azyaşlını vurub
Oxunma sayı: 54

Bakıda avtomobil 7 yaşlı uşağı vurub.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, hadisə Sabunçu-Maştağa-Kürdəxanı yolunun Pirşağı qəsəbəsindən keçən hissəsində baş verib.

Belə ki, şəxsiyyəti hələlik məlum olmayan qadın sürücü idarə etdiyi nəqliyyat vasitəsilə 2010-cu il təvəllüdlü Cəfərov Murad Vüqar oğlunu vurub. Nəticədə o, ağır xəsarət alıb.

Sürücü dərhal yaralını idarə etdiyi nəqliyyat vasitəsilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırıb və xəstəxanadan uzaqlaşıb. Xəstəxanadan verilən məlumata görə, Murad Cəfərovun vəziyyəti ağırdır.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində araşdırma aparılır.  


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi