Bakıda maşın oğurlandı, Siyəzəndə parçalandı

Bakıda maşın oğurlandı, Siyəzəndə parçalandı
Oxunma sayı: 967

Bakı şəhər sakini İsmayıl İmamverdiyev paytaxtın Nizami rayonu ərazisindən “VAZ-2107” markalı avtomobilinin qaçırılması barədə polisə məlumat verib.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, axtarışlardan sonra qaçırılan avtomobil Siyəzən rayonunda tapılıb.

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə keçirilən tədbirlərlə şübhəli şəxslər müəyyən edilərək saxlanılıblar.

Araşdırmalarla rayon sakinləri Teymur Əliyev və əvvəllər məhkum olunmuş Rövşən Həmidovun oğurladıqları həmin avtomobili birincinin evinin həyətində ayrı-ayrı hissələrə böldükləri, bəzi hissələrini isə satdıqları müəyyən edilib.

Polis əməkdaşları tərəfindən qeyd edilən avtomobilin dam hissəsi T.Əliyevin həyətində aşkar edilərək, digər hissələr isə doğranmış vəziyyətdə rayon ərazisindəki gölün ətrafında tapılaraq maddi sübut kimi götürülüb.

Faktla əlaqədar cinayət işi başlanılıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi