Bakıda maşın piyadanı vurub qaçdı

Bakıda maşın piyadanı vurub qaçdı
Oxunma sayı: 568

Bakının Sabunçu rayonunda piyadanı avtomobil vurub. 

“Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.
 
1978-ci il təvəllüdlü Bakı şəhər sakini Zərbəliyev Bəhruz Mayıl oğlu adıçəkilən ərazidə yolu keçmək istəyən zaman sürətlə gələn avtomobilin zərbəsi ilə üzləşib. Sürücünün hadisə yerindən qaçdığı bildirilir.

Müəyyən xəsarətlər alan B.Zərbəliyev təcili tibbi yardım maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb və müvafiq tibbi yardımlardan sonra reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
 
Yol qəzası ilə bağlı Sabunçu polisi tərəfindən araşdırma aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi