Bakıda maşın, Siyəzəndə kafe yanıb

bakida-masin-siyezende-kafe-yanib
Oxunma sayı: 815

Bakıda və Siyəzəndə yanğın hadisəsi qeydə alınıb.

“Qafqazinfo” FHN-nin saytına istinadən xəbər verir ki, paytaxtın Yasamal rayonunda “KİA” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Avtomobilin qalan hissəsi və yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Siyəzən rayonu, Beşdam kəndində hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 480 m2 olan kafenin lambirdən ibarət tavanı 25 m2 sahədə yanıb.

Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.