Bakıda mayoru öldürmək istəyənlər apellyasiya şikayəti verdi

Bakıda mayoru öldürmək istəyənlər apellyasiya şikayəti verdi
Oxunma sayı: 719

Polis əməkdaşını öldürməyə cəhddə təqsirləndirilənlər - 1988-ci il təvəllüdlü Əli Həsənov və 1976-cı il təvəllüdlü Əhmədyar Məhərrəmov barələrində hökmdən apellyasiya şikayəti veriblər.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə ötən ilin noyabr ayında Nərimanov rayonu Heydər Əliyev prospektində yerləşən kafelərdən birində baş verib. 1979-cu il təvvəllüdlü Namiq Abdullayev tanışı 1974-cü il təvvəllüdlü Arif  Cəbrayılov və 1985-ci il təvvəllüdlü Kamil Məsimov iki qadınla birlikdə kafedə əyləşiblər. Bu zaman kafeyə daxil olan İsmayıllı rayon sakini Ə.Məhərrəmov orada həmin şəxslərlə mübahisə edib. Nəticədə onlar arasında əlbəyaxa dava düşüb.

Məlumata görə, daha sonra Ə.Məhərrəmovun küçədə gözləyən tanışı Ə.Həsənov davaya qoşulub və N.Abdullayevi döyüb. Bu münaqişəyə A.Cəbrayılov və K.Məsimov da qarışıb. Kütləvi dava zamanı Ə.Həsənov bıçaq çıxararaq dava etdikləri şəxslərə xəsarətlər yetirərək ərazidən qaçıblar.

Mayor N.Abdullayev Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşıdır.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Həsənov 14 il 6 ay və Ə.Məhərrəmov isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Müdafiə tərəfi hökmdən narazı qalıb və cəzanın yüngülləşdirilməsi üçün apellyasiya məhkəməsinə müraciət ediblər. İş icraata götürülüb, ilkin baxış iclası oktabrın 6-na təyin edilib. Proses Bakı Apellyasiya Məhkəməsinin hakimi Elşad Şamayevin icraatındadır.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi