Bakıda MDB toplantısı

bakida-mdb-toplantisi-
Oxunma sayı: 647

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mətbuat xidmətindən “Qafqazinfo”ya verilən xəbərə görə, tədbirdən öncə konfrans iştirakçıları Fəxri Xiyaban və Şəhidlər Xiyabanı ziyarət edilib, məzarlar üzərinə gül-çiçək dəstələri, «Əbədi məşəl» abidəsi önünə əklil qoyulub.

İclasda Azərbaycan Respublikasının ƏƏSM naziri Fizuli Ələkbərov, Qazaxıstan Respublikasının ƏƏSM naziri Serik Abdenov, Rusiya Federasiyasının ƏƏSm nazirinin müavini Tatyana Blinova, Həmkarlar İttifaqları Ümumi Konfederasiyası Baş katibinin müavini Nataliya Podşibyakina və digər dövlətlərdən nümayəndələr, beynəlxalq ekspertlər iştirak ediblər.

İclası giriş sözü ilə açan nazir F. Ələkbərov qonaqları səmimi salamlayaraq, hazırda 20 illiyi qeyd olunan Məşvərət Şurası çərçivəsində ötən müddətdə MDB məkanında əmək və sosial müdafiə sahəsində əməkdaşlığın həyata keçirilməsi istiqamətində görülən işlər barədə məlumat verərək, MDB-nin sosial-iqtisadi inkişaf strategiyasının icrasında Məşvərət Şurasının mühüm rol oynadığını vurğulayıb.

İki gün davam edəcək iclasda XXIV Məşvərət Şurasında qəbul edilən qərarların icra vəziyyətinin, həmçinin MDB-nin iştirakçısı olan dövlətlərin sosial və əmək sahəsində gələcək əməkdaşlıq perspektivlərinin müzakirə olunması, habelə əmək normaları, iş şəraiti, iş rejimi, iş saatları, peşə standartları və peşələrin qarşlıqlı tanınması, həmçinin əmək, miqrasiya, sosial müdafiə sahəsində milli internet resurslarının yaradılması məsələləri ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

İclasın gündəliyində “Əlil İdmançılara Belarus Dəstək Milli Fondu”nun əlil arabalarına məhkum olan şəxslərin rəqs və təbiətlə təmas sayəsində sosial reabilitasiyasını nəzərdə tutan tədbirlərinə MDB dövlətlərinin qoşulması məsələsinin, MDB-yə üzv olan iştirakçı dövlətlərinin əmək, miqrasiya və əhalinin sosial müdafiəsi üzrə saytının yaradılması ilə bağlı hazırlıq işlərinin müzakirəsi də daxildir.

Yekunda Məşvərət Şurasının XXVI iclasının keçiriləcəyi yer, tarix və iclasın gündəliyinin müəyyənləşdirilməsi də nəzərdə tutulur.