Bakıda məcburi köçkünlərin yaşadığı 4 ev yandı

bakida-mecburi-kockunlerin-yasadigi-4-ev-yandi
Oxunma sayı: 1692

Paytaxtın Sabunçu rayonunun Zabrat qəsəbəsində yanğın olub.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, bir-birinə bitişik tikilmiş, arakəsmə divarları taxta konstruksiyalardan olan və məcburi köçkünlərin məskunlaşdığı 4 tikilidə yanğın baş verib.

Yanğınsöndürənlər qısa müddətdə yanğını söndürüb.

Xəsarət alanların olub-olmaması və hadisəninn səbəbi barədə hələlik məlumat verilməyib.