Bakıda məktəb yarmarkaları açıldı - Siyahı

bakida-mekteb-yarmarkalari-acildi
Oxunma sayı: 1297

Yeni tədris ili ərəfəsində Bakıda ənənəvi olaraq məktəbli və ofis ləvazimatlarının topdan və pərakəndə satış yarmarkaları fəaliyyətə başlayıb.  

“Qafqazinfo” xəbər verir ki, yaramarkalar Bakı Şəhər Ticarət və Xidmət Departamenti tərəfindən təşkil edilib. Yarmarka çadırları Bakı metropolitenin “Nərimanov”, “Gənclik”, “Koroğlu”, “Qara Qarayev”, “Neftçilər”, “Xalqlar Dostluğu”, “Əhmədli”, “Azadlıq prospekti”, “Memar Əcəmi”, “İnşaatçılar”, “Elmlər Akademiyası”, “Nizami” stansiyalarının qarşısında, ümumilikdə 19 yerdə quraşdırılıb.

Yarmarka çadırlarında məktəbli üçün lazım olan bütün ləvazimatlar təklif olunur. Yarmarkanın təşkilində əsas məqsəd valideynlərin az zaman sərf etməklə dərs vəsaitlərini, keyfiyyətli məktəb ləvazimatlarını güzəştli qiymətlərlə əldə etmələrinə kömək etməkdir.  

Yarmarkalar sentyabr ayının sonuna kimi davam edəcək.