Bakıda mənzildə 70 yaşlı qadının meyiti tapıldı

bakida-menzilde-70-yasli-qadinin-meyiti-tapildi
Oxunma sayı: 1179

Bakıda mənzildən 70 yaşlı qadın meyiti tapılıb.

“Qafqazinfo” FHN saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1949-cu il təvəllüdlü Həsənova Rima Yusif qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.