Bakıda mənzildə 79 yaşlı kişinin meyiti tapıldı

bakida-menzilde-79-yasli-kisinin-meyiti-tapildi
Oxunma sayı: 909

Nizami rayonunda 79 yaşlı kişi meyiti tapılıb.

“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1940-cı il təvəllüdlü Əliyev Əkrəm Məhərrəm oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.