Bakıda mənzildə yanğın, bir nəfər ölüb

bakida-menzilde-yangin-bir-nefer-olub
Oxunma sayı: 950

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 64 m2 olan ikimərtəbəli 4 otaqlı evin birinci mərtəbəsində bir otağın yanar konstruksiyaları və ev əşyaları 9 m2 sahədə yanıb.

"Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, yanğının kəşfiyyatı zamanı 1958-ci il təvəllüdlü İslamov Əli Ağasəlim oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.