Bakıda mənzildən 45 min manat oğurlanıb

bakida-menzilden-45-min-manat-ogurlanib
Oxunma sayı: 632

Yasamal rayonu ərazisindəki evlərdən birindən pul oğurlamaqda şübhəli bilinən şəxslər tutulublar

“Qafqazinfo” DİN-in saytına istinadən xəbər verir ki, Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 13-də rayon ərazisindəki evlərdən birindən 45.500 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Ramiz Ağayev və Ziyad Abdullayev saxlanılıblar.