Bakıda mərkəzi yollardan biri bağlanır

bakida-merkezi-yollardan-biri-baglanir
Oxunma sayı: 645

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, Azadlıq meydanında yeraltı avtomobil duracağının tikintisi ilə əlaqədar olaraq Puşkin küçəsində avtomobillərin hərəkəti sabahdan müvəqqəti dayandırılacaq.

Puşkin küçəsi ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsindən Neftçilər prospekti istiqamətinə hərəkət edən avtomobillər Üzeyir Hacıbəyov-Azadlıq prospekti-Neftçilər prospekti alternativ yolu ilə hərəkət edə bilərlər.

Yolda hərəkət bu gün gecədən dayandırılacaq və tikinti işləri başa çatanadək yol bağlı olacaq.