Bakıda məşhur hind aktyoruna həsr edilən filmin təqdimatı olacaq

Bakıda məşhur hind aktyoruna həsr edilən filmin təqdimatı olacaq
Oxunma sayı: 2651

Dekabrın 27-də Bakıda “Məhəbbət səfiri” sənədli filminin təqdimatı keçiriləcək.

"Qafqazinfo" xəbər verir ki, Hindistanın Azərbaycandakı səfirliyindən AzərTac-a bildiriblər ki, film məşhur hind aktyoru, dünyada sülh, məhəbbət və qardaşlıq carçısı kimi tanınan Dharmendranın həyatına və yaradıcılığına həsr olunub.

Sənədli filmin baş qəhrəmanı Dharmendra (əsl adı Dharam Sinqh Deol) həm də prodüser və siyasətçidir. Hindistan kinematoqrafiya sənətinə verdiyi töhfələrə görə o, bu ölkənin üçüncü ən yüksək mülki mükafatı olan Padma Bhuşan, həmçinin bir neçə mükafata layiq görülüb. Aktyor bir çox ekran əsərində, o cümlədən “Daş və Çiçək”, “Sevimli Raca”, “Qisas və Qanun”, “Cəngəlliklər kralı”, “Əbədi məhəbbət nağılı”, “Əlibaba və qırx quldur”, “Üç muşketyor kimi”, “Samrat” və digər məşhur filmlərdə çəkilib.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi