Bakıda məşhur plazada yanğın olub

bakida-meshur-plazada-yangin-olub
Oxunma sayı: 4004

Bu gün Yasamal rayonu İsmayıl bəy Qurtqaşınlı küçəsində yerləşən "Altes Plaza" yaşayış və biznes mərkəzində yanğın baş verib. 

“Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, hadisə səhər saat 10 radələrində baş verib. Hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası cəlb edilib.
 
Yanğından Mühafizə Xidmətindən  bildirilib ki, binanın damından tüstü qalxıb, lakin açıq alov müşahidə edilməyib. 

Yanğın artıq söndürülüb. Hadisə binanın 3-cü mərtəbəsində yerləşən restoranın şaxtasında baş verib. Şaxtaya toplanmış tullantıların alovlanması nəticəsində binanın damından qatı tüstü çıxıb və insanlar oradan təxliyyə edilib.