Bakıda məşhur restoranda bıçaqlanma olub

bakida-meshur-restoranda-bicaqlanma-olub
Oxunma sayı: 665

Bakının Sabunçu rayonu ərazisində bıçaqlanma hadisəsi qeydə alınıb.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, bıçaqlanma “Buta Palace” restoranında baş verib.

İnsident nəticəsində 1989-cu il təvəllüdlü Əliyev Musa Azər oğlu bıçaqlanıb. Qarın nahiyəsindən xəsarət alan yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.