Bakıda məşhur restoranda yanğın baş verib - Yenilənib

Bakıda məşhur restoranda yanğın baş verib
Oxunma sayı: 3856

Bakıda yanğın hadisəsi qeydə alınıb.

“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən restoranın mətbəxinin tüstü bacasında yağ qalıqları yanıb.

Restoranın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

***

Xocalı prospektində yerləşən məşhur “Sumax” restoranında yanğın baş verib.

“Minval.info” xəbər verir ki, havalandırma sistemində yaranan nasazlıq restoranda yanğının başlamasına səbəb olub.

Əraziyə FHN-nin yanğınsöndürənləri cəlb edilib.

Restoran yaşayış binasında yerləşdiyi üçün orada yaşayan sakinlər təxliyə olunublar.

Yanğının söndürülməsi üçün işlər aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi