Bakıda məşhur şirkəti şantaj edən sayt rəhbəri tutuldu

Bakıda məşhur şirkəti şantaj edən sayt rəhbəri tutuldu
Oxunma sayı: 2

Bu gün Daxili İşlər Nazirliyi Bakıda şirkətlərdən birini şantaj edərək pul almaq istəyən Tural Abdullayev adlı şəxsin tutulması ilə bağlı məlumat yayıb. "Qafqazinfo" Lent.az-a istinadən xəbər verir ki, araşdırmalar nəticəsində məlum olub ki, tutulan şəxs marketlər və satış şəbəkələri ilə bağlı fəaliyyət göstərən supermarketinq.net saytının rəhbəridir.

Onunla bağlı polisə müraciət edən şirkət isə "Araz" supermarketlər şəbəkəsidir. T.Abdullayevin konkret hansı məsələ ilə bağlı supermarketlər şəbəkəsi ilə insident yaşadığı məlum olmasa da, onların arasında bir müddət imiş ki, münaqişə olduğu müəyyənləşib. Sayt rəhbəri "Araz" marketlər şəbəkəsi ilə bağlı bir neçə dəfə tənqidi məzmunlu statuslar da paylaşıb və bir neçə gün əvvəl İngiltərədən qayıdandan sonra onun tutulması ilə bağlı əməliyyat keçirilib.
 
****
 
Sosial şəbəkələrdə qeydiyyatdan keçməklə müxtəlif iş adamlarını barələrində guya rüsvayedici məlumatlar yayacaqları, sahib olduqları şirkətləri ictimaiyyət arasında nüfuzdan salacaqları adı altında hədələyərək onlardan qanunsuz olaraq pul tələb edən  şəxslərə qarşı daxili işlər orqanları tərəfindən əməliyyat-axtarış tədbiri həyata keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən Məhdud Məsuliyyətli Cəmiyyətlərdən birinin rəhbərliyi sosial şəbəkələrdə Tural adlı vətəndaşın onların fəaliyyəti barədə təhqirdici, həqiqətə uyğun olmayan böhtan xarakterli məlumatlar paylaşdığını və bu tipli məlumatların təkrar yayılmaması üçün həmin şəxsin külli miqdarda pul tələb etdiyi barədə məlumat verib.
 
Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən həmin şəxs - Bakı şəhər sakini Tural Abdullayev qeyd edilən cəmiyyətin əməkdaşından 3500 manat pul alan zaman saxlanılıb.
 
 Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi