Bakıda məşhur teleaparıcını döydülər

bakida-meshur-teleaparicini-doyduler
Oxunma sayı: 5651


İlham Mirzəyev yaşadıqlarından şoka düşüb. Bu zaman yaxınlıqda olan şəxslər, aparıcıya yardım göstəriblər.  Həmin şəxslər teleaparıcıya dərdlərini söyləmək üçün onu telekanalın çıxışında gözləyirlərmiş və bu zaman hadisənin şahidi olublar.

Özünün və ailəsinin təhlükə altında olduğunu başa düşən İlham Mirzəyev hadisə ilə bağlı dünən səhər Nərimanov rayon Prokurorluğuna və Bakı şəhər prokurorluğuna şikayət ərizəsi ilə müraciət edib. Teleaparıcı bununla yanaşı  ölkə başçısına, DİN-ə, Respublika Pokurorluğuna müraciət edərək özünün, həyat yoldaşının və iki azyaşlı uşağının təhlükəsizliyinin təmin edilməsini istəyib. İlham Mirzəyev şikayətində hücum edən şəxslərin silahlı olduğunu deyib. 

Qeyd edək ki, 47 yaşlı İlham Mirzəyevin 10 və 2 yaşlarında iki övladı var.

İlham Mirzəyevin peşə fəaliyyəti ilə bağlı, aparıcısı olduğu “Etibar edin” proqramına müraciət edən şikayətçiyə yardım etdiyi üçün təzyiqə məruz qaldığı bildirilir. Qarşı tərəf bundan qəzəblənərək teleaparıcını cəzalandırmağa qərar verib.

Aparıcının yaxınlarından aldığımız məlumata görə, hazırda ailə qorxu və təşviş içindədirlər və yaşadıqları evi tərk etməyə qorxurlar. Bir sözlə, ailə ev dustağına çevrilib. 

Hüquq mühafizə orqanlarına müraciət edən İlham Mirzəyev hələ bu barədə mətbuata açıqlama vermək istəmir. Köməkçisi onun ancaq bu sözlərini bizə çatdırdı: “İstintaq getdiyi üçün İlham danışmaq istəmir. Hələ gözləyirik. Bu yaxınlarda şəxsən özü açıqlama verəcək. Qanunlarımızın aliliyinə və yaşadığım dövlətin gücünə inanırırıq. Qanunlarımızın aliyinə sığınıb, gözləyirik. İlham sadəcə ailəsinin təhlükəsizliyinə zəmanət istəyir".