Bakıda Microsoft Azerbaijan şirkətinin innovasiya günü keçirilib

bakida-microsoft-azerbaijan-sirketinin-innovasiya-gunu-kecirilib
Oxunma sayı: 641

“Qafqazinfo” xəbər verir ki, “İnnovasiya Günü – şirkət tərəfindən işlənib hazırlanmış son yeniliklərə həsr olunmuş illik tədbirdir. Tədbir çərçivəsində, həmçinin, yeni məhsulların texniki imkanları və üstünlükləri haqqında məlumat verilir. Şirkətin bu ilki qlobal tədbiri “İnformasiya və kommunukasiya İlinə” həsr edilmişdir”, - Microsoft Azerbaijan şirkətinin baş direktoru Rüfət Hacıəlibəyov bəyan edib.
Tədbirdə iştirak edən Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə “İnformasiya və kommunukasiya İlində” belə tədbirin keçirilməsinin əhəmiyyətindən danışıb. Microsoft Rusiya şirkətinin texnologiyalar üzrə məsləhətçisi Maksim Boçarov istifadəçilər üçün nəzərdə tutulmuş Windows 8 və Yeni Office məhsulları, onlardan korporativ mühit və bulud texnologiyalarında istifadə üsullarından bəhs edib. « Microsoft-un yeni məhsulları insana çevik olmağa imkan verərək, hər bir məkanda, hər bir qurğudan istifadə etmək imkanı yaradır”, - M.Boçarov deyib.
Microsoft Azerbaijan şirkətinin texnologiyalar üzrə məsləhətçisi Qaçay Mirzəyev Microsoft şirkətinin innovativ texnologiyalarına əsaslanan Windows Server 2012 əməliyyat sistemi və informasiya texnologiyaları infrastrukturunu yeni konsepsiya ilə idarə etməyə imkan verən System Center 2012 məhsulu haqqında danışıb.
“Məlumat mərkəzlərinin təkamül prosesində virtuallaşmadan sonra yeni mərhələ olan bulud texnologiyaları məhz bu iki məhsulun birgə tətbiqinə əsaslanır.” – Q.Mirzəyev deyib.
İnnovasiya Günü çərçivəsində Microsoft korporasiyası yeniliklər təqdim edib, habelə, İKT ili üçün Azərbaycandakı inkişaf planlarını açıqlayıb.
Nigar Məmmədli