Bakıda “Mitsubishi” iki maşına çırpıldı

bakida-mitsubishi-iki-masina-cirpildi
Oxunma sayı: 1162

Bakıda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) “Qafqazinfo”ya verilən məlumata görə, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda “Mitsubishi” markalı minik avtomobili idarəetməni itirərək yol kənarında dayanmş digər 2 avtomobilə çırpılıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil verib.

Əməliyyat başa çatıb.