Bakıda müəmmalı nömrəli “Range Rover”- - Fotolar+Yenilənib

bakida-muemmali-nomreli-range-rover-
Oxunma sayı: 11315

Bakıda Ermənistan nömrəsi ilə maşın peyda olub. 

“Qafqazinfo” xəbər verir ki, E 001 KX nömrəli "Range Rover"-in fotosunu Milli.Az-a oxucu göndərib. 

“Qafqazinfo” qeyd edir ki, avtomobilin şəhərin konkret hansı küçəsində və nə vaxt görüntüləndiyi qeyd olunmasa da küçədəki obyektdən və ətrafdakı maşınların nömrəsindən fotonun Bakıda lentə alındığı bəllidir. Fotolardan o da aydın olur ki, sözü gedən maşın “Sahil” metrosu yaxınlığında görüntülənib.

Ümid edirik ki, bu barədə hüquq mühafizə orqanları tərəfindən cəmiyyət üçün ətraflı məlumat veriləcək. 

***

“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, araşdırmalardan sonra məlum oldu ki, həmin bayraq Moldova Respublikasından ayrılaraq özünü "respublika" elan etmiş Dnestryanı bölgəyə aiddir.

Belə baxanda tanınmamış bir respublikaya aid avtomobilin də Azərbaycana gətirilməsi sual doğurur.

Xatırladaq ki, paytaxtı Tiraspol olan Dnestryanı (Dnestryanı Moldov Respublikası) Dnestr çayı yanında yerləşmiş tanınmamış sosialist bölgədir və 1991-ci ildə elan edilib. "Dnestryanı respublika"nın əhalisi 505.000 min nəfərdir.

2004-cü ilə görə əhalinin etnik tərkibi 35% moldovan, 32% rus, 28% ukraynalı və 5% isə digər xalqlardan ibarət olub.