Bakıda musiqi üzrə beynəlxalq konfrans keçiriləcək

bakida-musiqi-uzre-beynelxalq-konfrans-kecirilecek
Oxunma sayı: 979

Bu gün mədəniyyət naziri Əbülfəs Qarayev Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin rəhbəri Li Higginsin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, görüşdə tərəfdaş qurum kimi Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Düsen Kaseinov da iştirak edib.

Görüşdə nazir Azərbaycan musiqi sənətinin dünya musiqi arenasına inteqrasiyasının təmin edilməsi məqsədilə bir çox beynəlxalq mədəni tədbirlərə ev sahibliyi edən ölkəmizdə hər il  Üzeyir Hacıbəyli Musiqi Festivalı, Qara Qarayev adına Beynəlxalq Müasir Musiqi Festivalı, Bakı Beynəlxalq Caz Festivalı, Qəbələ Beynəlxalq Musiqi Festivalı və digər əhəmiyyətli tədbirlərin keçirilməsi haqqında məlumat verib.

Həmçinin, bu kimi tədbirlərin beynəlxalq miqyasda təbliğində fəallığının vacibliyini diqqətə çatdırıb.

Məlumat verilib ki, Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin 33-cü Ümumdünya Konfransı Bakı şəhərində keçiriləcək.