Bakıda narkotik qəbulu qadının həyatına son qoydu

bakida-narkotik-qebulu-qadinin-heyatina-son-qoydu
Oxunma sayı: 648

Rayon Polis İdarəsindən milli.az-a verilən məlumata görə, meyit bu gün səhər saatlarında “Yasamal bazırı”nın arxasında, Rahib Tağıyev küçəsində aşkarlanıb. Meyitin üzərində hər hansı zorakılıq əlamətləri olmayıb.

Mərhumun 45 yaşlı Təranə Əliyeva olduğu müəyyən edilib. Onun narkotik qəbulundan öldüyü ehtimal olunur. Hazırda meyit müayinə olunması üçün ekspertizaya göndərilib. Mərhumun subay olduğu və tənha yaşadığı bildirilir.

Qeyd edək ki, faktla bağlı araşdırmalar davam etdirilir.