Bakıda narkotik satıcıları saxlanıldı - Fotolar

bakida-narkotik-saticilari-saxlanildi
Oxunma sayı: 2460

Nəsimi rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs tutulub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Nəsimi RPİ 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən əvvəllər məhkum olunmuş paytaxt sakini İlkin Yusufovu saxlanılıb. Onun üzərindən şəxsi axtarış aparılan zaman təmiz çəkisi 0,318 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülüb. İ.Yusufovun Nəsimi rayonu ərazisində yaşadığı evə baxış zamanı oradan 104,815 qram heroin və 5,292 qram metamfetamin aşkar olunaraq götürülüb.

Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs narkotik vasitələri satış məqsədi ilə əldə edərək özündə saxlayıb.

Faktla bağlı İ.Yusufov barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

***

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Astara rayon sakini əvvəllər məhkum olunmuş Qorxmaz Şahbazov paytaxt ərazisində saxlanılıb. 

Onun üzərində şəxsi axtarış aparılan zaman külli miqdarda  72,6 qram yüksək təsiredici xassəyə malik narkotik vasitə heroin və 8,1 qram metamfetamin aşkar olunaraq götürülüb. 

Q.Şahbazov ifadəsində narkotik vasitələri Astara rayonunda adı istintaqa məlum olmayab şəxsdən əldə etdiyini və satış məqsədi ilə Bakı şəhərinə gətirdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb və Q.Şahbazov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq əməliyyat tədbirləri davam etdirilir.