Bakıda narkotik satıcısı saxlanılıb

bakida-narkotik-saticisi-saxlanilib
Oxunma sayı: 2141

Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Sabunçu rayonu, Balaxanı qəsəbəsi sakini Emin Əliyev saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 23,631 qram heroin, metadon həbləri, 12,104 qram psixotrop maddə olan metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Saxlanılan şəxs ifadəsində bir müddətdir ki, yaşadığı Balaxanı qəsəbəsində narkotik maddələrin satışı ilə məşğul olduğunu etiraf edib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.