Bakıda NATO tədbirləri keçiriləcək

bakida-nato-tedbirleri-kecirilecek
Oxunma sayı: 898


“Qafqazinfo” xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, mayın 18-dən 21-dək Silahlı Qüvvələrin Hərbi Akademiyasında Hərbi Təhsil Sisteminin müəyyən sahələrinin inkişafına yardım üzrə NATO/ABŞ Ekspert Qrupu ilə Müdafiə Nazirliyinin mütəxəssisləri arasında növbəti işçi görüşü təşkil olunacaq.

Mayın 19-dan 23-dək isə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində NATO-nun Brunssum şəhərindəki Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən "NATO-da Maddi-Texniki Təminat Dəstəyi" mövzusunda təlim kursu keçiriləcək.